Türkiyənin Xarici işlər naziri Hakan Fidan Anadolu Agentliyinin suallarını cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Livanda İsrailin iki gün arda-arda rabitə cihazlarına kiberhücum edəərk, minlərlə insanı yaralaması haqda suala da aydınlıq gətirib.
Xarici işlər naziri Hakan Fidan sualın məğzinə keçməzdən əvvəl artıq dünyada kibertəhlükəsizliyinvə hücumlarının ön plana çıxmasındandanışıb və bildirib ki, tezliklə Türkiyədə Kibertəhlükəsizlik Təşkilatı yaradılacaq.
Livandakı partlayışlara gəldikdə isə nazir deyib ki, bu, Qəzzada başlayan və bir ilə yaxındır davam edən müharibənin davamıdır:
"İsrailin strategiyası ilə bağlı müharibənin əvvəlindən bəri gördüyümüz bir reallıq var. Yəni, İsrail əvvəlcə Qəzza ilə hesabını çəkəcək, sonra bu işi Livana keçirəcək. İndi görürük ki, Livana doğru addım-addım eskalasiya başlayır. Təbii ki, son iki gündə baş verən partlayışlar elektron cihazlara diqqəti yönəldib. Bunlar kəşfiyyat ədəbiyyatında "fürsət əməliyyatı" kimi təsvir edilən əməliyyatlardır. Görünür, İsrail həm texniki, həm də insan kəşfiyyatı mənbələri vasitəsilə Hizbullahın satınalmalarını əvvəlcədən öyrənir. Daha sonra "yamaq şirkətlər"i və ya digər vasitələrlə onlara nüfuz edir. Bundan sonra bugünkü mənzərə ilə qarşılaşırıq.
Bu, kəşfiyyat təşkilatlarının çox istifadə etdiyi bir şeydir, lakin təbii ki, burada bir fərq var. İsrail bunu artıq geniş miqyasda istifadə etməyə başlayıb. Mən də birinci gün hadisə yaşaanda, Livanın baş nazirinə zəng etdim. Türkiyə olaraq Prezidentimizin salamlarını çatdırdım, keşmiş olsun dedik, hər cür tibbi dəstəyə hazır olduğumuzu bildirdim. Təbii ki, onun da dedikləri vardı, dedi.
Doğrudan da, hazırda regionda eskalasiya narahatlıq doğurur. Yəni İsrailin həyata keçirdiyi bu əməliyyatların getdikcə daha çox təxribat xarakterli formaya çevrildiyi bir nöqtəyə gəldik və öz növbəsində Hizbullah, İran və onlara yaxın olan digər ünsürlər artıq cavab verməkdən başqa bir seçim qarşısına gətiriblər..."
Firudin Səfərli
MİA.AZ