Beynəlxalq akademik platforma olan Research.com – Leading Academic Research Portal 2024-cü il üçün aparıcı tədqiqatçıların siyahısını dərc edib.

Mia.az-ın mlumatına görə, REA-nın Biologiyanın Fundamental Problemləri İnstitutunun Suyun fotosintetik oksidləşməsi laboratoriyaslnın baş elmi işçisi, REA Bitki Fiziologiyası İnstitutunun İdarə olunan fotobiosintez laboratoriyasının müdiri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Fiizka və Texnologiya İnstitutunun professoru, biologiya elmləri doktoru, REA-nın müxbir üzvü, Rusiya Federasiyasının əməkdar elm xadimi Süleyman Allahverdiyev «Plant Science and Agronomy» sahəsində Rusiya alimləri arasında birinci və dünya miqyasında 379-cu yeri tutub.

Ötən il ərzində Süleyman Allahverdiyevin əsərlərinə 20 mindən çox istinad edilib.

Qeyd etmək lazımdır ki, 2023-cü ildə Süleyman Allahverdiyev Rusiya alimləri arasında reytinq cədvəlində birinci, 2022-ci ildə isə «Biology and Biochemistry» sahəsində dördüncü yerdə olub.

Professor fotosintezin fundamental proseslərinin tədqiqinə və bitkilərdə günəş enerjisinin fotokatalitik çevrilmə mexanizmlərinin öyrənilməsinə mühüm töhfə vermişdir. Bundan əlavə, Phystech fotosistem 2-nin reaksiya mərkəzində elektronların ötürülməsində feofitin molekulunun iştirakını kəşf edən və sübut edən, həmçinin fotosistem 2-nin donor hissəsində dörd manqan atomunun olduğunu müəyyən edən əsas alimlərdən biridir. Son illərdə Süleyman Allahverdiyevin elmi maraqları süni fotosintez və hidrogen enerjisinin öyrənilməsinə yönəlmişdir.