İsrail kəşfiyyatı - "MOSSAD"ın Livanda son iki gündə əsasən "Hizbullah"çıların istifadə etdiyi peycerlərə dünyada misli görünməyən kiberhücum həyata keçirməsindən sonra diqqət bu cihazların batareyalarının istehsal edən Tayvana yönıəlib. Tayvan isə birmənalı olaraq cihazların enerji blokunun özünün deyil, bir macar şirkətininin istehsal etdiyini rəsmən bəyan edib
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tyavanınrəsmi lisenziya verdiyi Macarıstanda yerləşən macar şirkəti "BAC Consulting KFT" şirkəti isə məsələyə səssiz qalmaqla yetinməyib, telefon, elektron poçt və saytlarını qapadaraq sirrə qədəm basıb.
Məlumata görə, Ryavanın "barmaq tuşlaması"ndan sonra bir çox media orqanları bu şirkətlə təmas yaratmaq istəyib: "Lakin görünən odur ki, peycerlərə kiberhücumdan sonra Macarıstanın "BAC Consulting KFT" hər hansı bir media təmsilçinin suallarına cavab vermək niyyətinə deyil..."
Tayvanda yerləşən və ilk olaraq İsrail kəşfiyyatı ilə əlbirlikdə ittiham olunan "Gold Apollo" şirkəti partladılmış peycerləri və onların batareyalarının Tayvanda istehsal olunmadığını bir daha bəyan edib.
Bundan sonra isə Türkiyənin Anadolu Agentliyi yenidən "BAC Consulting KFT" ilə əlaqə yaratmağa çalşıb. Ancaq Türkiyənin rəsmi dövlət agentliyi də hər hansı bir sorğusuna cavab ala bilməyib: "Şirkət sentaybrın 18-də, Türkiyə vaxtilə saat 14.30-dan etibarən internet səhifəsini belə qapadıb. Baş ofisi Budapeştdə Szonyi yolunda yerləşən şirkət 2022-ci ildə yaradılıb. Hüquqi sənədlərdə şirkətin baş direktoru və sahibi kimi Arcidiacono Cristiana Rosarianın adı qeyd olunub. Rosarianın "LinkedIn"dəki profilində deyilir ki, "BAC Consulting" biznesin inkişafı, idarəetmə məsləhətləri, strategiya və tərəfdaşlığın planlaşdırılması, liderliyin inkişafı, ətraf mühit və siyasi məsələlər üzrə məsləhət, ictimaiyyətlə əlaqələr və telekommunikasiya xidmətləri göstərir. Rosarinin profilində o da bildirilir ki, o, 3 ilə yaxın Avropa Komissiyasında qiymətləndirmə eksperti kimi çalışıb...".
Xatırladaq ki, sentaybrın 17-də İsrailin Livana ilk kiber hücumunda 12 nəfər ölüb, 3 minə yaxın yaralanıb. Dünən isə 14 nəfər ölüb, 450-dən çox isə müxtəlif bədən xəsarətləri alıb. Bəziləri idida edir ki, MOSSAD hələ bir müddət Livana "qan qusduracaq".
Firudin Səfərli
MİA.AZ