"Güclü və qərarlı şəkildə terror yuvalarını məhv etməyə davam edirik".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözlər İraqda növbəti uğurlu əməliyyata imza atan Milli Müdafiə Nazirliyinin son rəsmi açıqlamasında yer alıb.
Nazirlikdən bildirilib ki, İraqın şimalındakı Hakurk, Qara, Qəndil və Asos bölgələrində separatçı terror təşkilatının sərəncamında olan mağara, sığınacaq və anbarlardan ibarət 24 hədəf hava əməliyyatları ilə məhv edilib.
Lamiyə Əhmədli
MİA.AZ