İsrail dünıən olduğu kimi, bu gün də yenidən Livanın cənubunda və Beyrutda rabitə cihazlarını partladıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyindən açıqlama verilib.

Qeyd edilib ki, Peycer xəbərləşmə cihazlarına qarşı keçirilən kiberhücum nəticəsində 14 nəfər ölüb, 450-dən çox adamın yaralanıb.

Məlumatda o da deyilir ki, İsrail PUUA və qırıcıları da Livan səmasını "işğal" edib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı partlayışlarla bağlı müstəqil araşdırma aparmağa çağırıb.

Samir Musayev

MİA.AZ