Rusiyanın ABŞ-ın Alyaska bölgəsi istiqamətində son vaxtlar artan hərbi fəaliyyətinə cavab olaraq Amerika ordusu yarımadaya əlavə hərbi qüvvə yeridib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiyanın 10-16 sentyabr tarixləri arasında Sakit və Şimal Buzlu okeanları başda olmaqla, bir çox dəniz ərazilərini əhatə edən “Okean-24” hərbi təlimləri ABŞ-ı hərəkətə gətirib.
Amerika mətbuatı yazır ki, Rusiyanın Alyaska istiqamətindəki hərbi amnevrlərini nəzərə alan Pentaqon bölgəyə hərəkətə həddən artıq həssas olan yeni raket sistemləri ilə mobil raketatıcı qüvvələr göndərib: "Artıq Aleut adalarına mobil raket qurğuları ilə təchiz olunmuş təxminən 130 əsgər göndərilib. Bundan başqa, Şimali Amerika üçün aerokosmik mühafizəni təmin edən ABŞ və Kanadanın birgə nəzrətində olan Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığına daha diqqətli olmaq tapşırılıb. Bu qurum bölgədə Rusiya və Çinin bütün manevrlərini çox diqqətlə izləməyə başlayıb. Pentaqon bununla da kifatəylənməyib. "Güc Proyeksiyası” adlı əməliyyat çərçivəsində ABŞ əsgərləri keçən həftə Alyaskanın Ankoric bölgəsindən təxminən 2 min kilometr cənub-qərbdə yerləşən Şemya adasına göndərilib. Bölgəyə ezam olunan əsgərlər özləri ilə yüksək hərəkət qabiliyyətinə malik 2 artilleriya raket sistemi (HİMARS) gətiriblər".
ABŞ mediası Şemya adasında İkinci Dünya Müharibəsindən qalma ABŞ Hərbi Hava Qüvvələrinə məxsus aviabazanın olduğunu da xatırladıb.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general-mayor Pat Ryder isə ənənəvi brifiqdə rəsmi Moskva ilə Pekinə xəbərdarlıq edib: “Biz yaxınlıqda rusların və çinlilərin uçduğunu ilk dəfə görmürük. Onları yaxından izləyirik. Və gərəkirsə, onların hər birinə sərt cavab verməyə qadir və hazırıq".
Samir Musayev
MİA.AZ