İsrail dünən beyrutda yaşanan sensasiyalı əməliyyatdan dərhal sonra sərhədə böyük bir ordu toplayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Livanda peycerlərin partladılmasından sonra sərhədə əlavə ə olaraq 20 inə yaxın xüsusiy təyinatlı qüvvə (komando) göndərilib: "Hizbullahla gərginliyin artması ilə əlaqədar İsrail ordusunun şimal bölgəsinə xüsusi diviziya yerləşdirilib. Sözügedən diviziyada paraşütçü və komandolardan ibarət 10 ilə 20 min arasında xüsusi hazırlanan hərbçilər var".

Xatırladaq ki, dünən Livanda "Hizbullah" qüvvələrinin istifadə etdiyi peycerlər eyni vaxtda partladılb. Nəticədə 3 minə yaxın şəxs yaralanb, 10 nəfər isə ölüb. Bundan sonra bölgədə geniş savaş təhlükəsi daha da artıb.

Samir Musayev

MİA.AZ