Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində yeni yaradılmış Regional Su Meliorasiya Xidmətinin Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində rəhbər dəyişikliyi olub.

Mia.az xəbər verir ki, "Azərsu" ləğv olunduqdan sonra Abşeron Sukanal İdarəsi Köçərli Həsənovn sədri olduğu "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin tableiyinə deyil, Zakir Quliyevin sədr təyin olunduğu Regional Su Meliorasiya Xidmətinin sərəncamına verilib.

Mia.az-ın əldə etdiyi məlumata görə, bundan sonra növbəti əmrlə  Abşeron Sukanal İdarəsi Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə birləşdirılib: "Bu birləşmədən sonra adıçəkilən birinci qurumun rəhbəri Fərmail Vəliyev vəzifədən azad olunub. Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev yeni yaradılan Abşeron Su Meliorasiya Sistemləri İstismarı İdarəsinə Şəmkirdən eyni adlı idarənin rəisi Etibar Nəbiyevi rəis təyin edib.

Maraqlı budur ki, Etibar Nəbiyev birləşdirilən bu nəhəng idarənin rəisi təyin olunan kimi, Abşeron Bağlar Sukanal İdarəsindən Həzrət Abbasov adlı şəxsi idarəyə gətirib, ona qeyri-rəsmi və hüdudsuz səlahiyyət verib. Təsəvvür edin, onun haqqında indiyədək hər hansı bir rəsmi təyinat əmri yoxdur. Ancaq bu gənc oğlan artıq ləğv olunan köhnə idarənin - Abşeron Sukanal İdarəsinin rəisinin otağında oturub, qurumu istədiyi kimi idarə edir, istədiyi işçini yola salır, istədiyini işə götürür, bir sözlə, idarə rəisi kmi qərarlar qəbul edir. Başqa sözlə desək, bəlli deyil idarənin rəisi Etibar Nəbiyevdir, yoxsa bu gənc Həzrət.

Hər halda Zakir Quliyev rayonda yaranan qeyri-müəyyənliyə mütləq aydınlıq gətirməlidir...".

Bu və ya digər maraqlı iddialarla bağlı araşdırmalarımız davam edir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də yaymağa hazırıq.

Samir MUSAYEV

Mia.az