Almaniyanın Lufthansa aviaşirkəti peycerlərin Livanda partladılmasından sonra iki ölkəyə uçuşlarla bağlı yeni qərar qəbul edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərara əsasən, sentyabrın 19-dək İsrail və İrana uçuşlar dayandırılıb.
"Lufthansa"dan verilən məlumata görə, qərar təhlükəsizliklə əlaqəlidir: ""Lufthansa" Şirkətlər Qrupuna bağlı bütün aviaşirkətlər - Eurowings, İsveçrə, Avstriya Hava Yolları, Brussels Airlines də bu müddət ərzində hər iki ölkəyə uçuşlar həyata keçirməyəcək".
Xatırladaq ki, dünən İsrail kəşfiyyatı Livanda "Hizbullah"çıların istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar törədib. Nəticədə 3 minə yaxın adam yaralanıb, 10 nəfər ölüb.
Lamiyə Əhmədli
MİA.AZ