"Netanyahu hökumətinə təzyiqdən xilas olmaq üçün müharibəni bölgəyə yaymaq, onu genişləndirmək istəyir".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Ərdoğanın lideri olduğu AK Partiyanın sözçüsü Ömər Çelik bəyan edib.

O, İsrailin Livanda "peycer"ləri (xəbərləşmə cihazları) kiberhücumla partlatmasının məkrli niyyətdən qaynaqlandığını deyib: "Netanyahu hökumətinin beynəlxalq hüquqdan qaçmaq və ona qarşı təzyiqləri aradan qaldırmaq üçün müharibənin Livandan tutmuş, İrana qədər geniş bir əraziyə yayılmasını istəyir. Bunun İsraili heç bir şəkildə müdafiə etməklə heç bir əlaqəsi yoxdur. Netanyahu yalmnız siyasi qazancını güdür...".

Ömer Çelik qeyd edib ki, İsrail gec-tez bu aktlara görə beynəlxalq hüquqla üzləşəcək: "Netanyahu heç bir şəkildə bundan qaça bilməyəcəklər. Onlar sonda bunun cəzasını alacaqlar”.

Tahir Şəlvəli

MİA.AZ