İsrail kəşfiyyatı "Mossad" Livanın paytaxtı Beyrutda dünyada bənzəri olmayan müdhiş əməliyyat keçriib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas əl-Ebyad məlumat verib.

Onun sözlərinə görə, İsrail kəşfiyyatı döyüşçülərin üstündə olan ratsiyalara və digər xəbərləşmə cihazlarına   siqnal ötürməklə onları partlayıcıya çevirib: "Nəticədə yüzlərlə hərbçi ağır xəsarətlər alıblar".

Livanın rəsmi agentliyi olan NNA-nın məlumatına görə, xəbərləşmə cihazlarına kənardan xüsusi proqramla "sızma" olub: "Beyrutun cənub ətraflarında və Livanın bir çox bölgəsində görünməmiş kiberhücum həyata keçirilib. Portativ peycer sistemləri yüksək texnologiyadan istifadə edilərək partladılıb. Belə ki, bir-bir "ratsiya"lara siqnal ötürülüb. Hərbçilər üzərlərindəki siqnalın nə olduğunu anlamaq üçün ratsiyanı götürən kimi isə partlayşlar yaşanıb...".

Xəbərdə yaralananların çoxunun "Hizbullah" üzvləri olduğu deyilir.

Digər mənbələr isə ad-arda baş verən partlayışlarda 3 minə yaxın şəxsin yaralandığını, 10-dan çox ölünün olduğunu yazır.

İranın "Fars" agentliyi isə yazır ki, baş verən partlayışlarda İranın Beyrutdakı səfiri də yaralanıb: "Səfir Mucteba Emani yüngül yaralanıb və hazırda o, xəstəxanada müşahidə altındadır”.

Sözügedən iddia ilə bağlı İrandan hələlik rəsmi açıqlama verilməyib.

Zülfiyyə Mustafayeva

MİA.AZ