Sosial media nəhəngi Meta Rusiyanın dövlət televiziyası (RT) başda olmaqla, Rusiyanın bütün dövlət media orqanlarının sosial media səhifələrini bloklayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Meta" açıqlama yayıb.

"Meta"dan bildirilib ki,  RT, “Rossiya Seqodnya” və Rusiyanın digər dövlət media şəbəkələrinin platformalarına qadaöa tətbiq olunub.

Şirkət bu addımın sözügedən media orqanlarının onlayn gizli təsir əməliyyatları keçirməkdə və aldadıcı taktikalardan istifadə etməkdə ittiham edilməsi ilə əlaqələndirib. 

Meta-nın bu hərəkəti Facebook, Instagram, WhatsApp və Threads kimi platformalarda keçərli olacaq. Qadağanın yaxın günlərdə qüvvəyə minəcəyi gözlənilir. Rusiya səfirliyi və Ağ Ev hələlik məsələyə münasibət bildirməyib.

Xatırladaq ki, bu qadağa "Meta"nın Rusiya dövlət mediasına qarşı atdığı ən sərt tədbirdir. Əvvəllər Meta yalnız bu media orqanlarının reklamlarını bloklamaq və onların əhatə dairəsini məhdudlaşdırmaq kimi addımlar atsa da, birdəfəlik belə qərar verməyib. 

Lamiyə Əhmədli
MİA.AZ