Dəyənəklərlə "silahlanmış" İsrailli radikal qüvvələr İordan çayının qərb sahilində fələstinlilərin oxuduğu məktəbə hücumu çəkiblər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb.
Bəyanatda hücumun fələstinliləri məcburi köçə zorlamaq məqsədi daşıdığı qeuyd edilib: "Dövlət səviyuyəsində himayə olunan belə hücumlarda məqsəd fələstinliləri qorxutmaq, onların deportasiyaya məcbur buraxmaq niyyətini daşıyır".
HƏMAS belə hücumlara boyun əyməyəcəklərini vurğulayıb.
Xatırladaq ki, dəyənəklərlə təmin olunmuş bir qrup israilli Yerixo şəhərinin şimal-qərbindəki Əl-Muarracat bölgəsində yerləşən Ərəb Keabin ibtidai məktəbin hücum edib. Onlar qarşılarına çıxan şagird və müəllimləri döyüb, məktəbə böyük ziyan vurublar.
Fələstin Qızıl Aypara Cəmiyyətindən bildirilib ki, hücumda ağır yaralanan 7 nəfər xəstəxanaya yerləşdirilib.
Firudin Səfərli
MİA.AZ