Türkiyənin Diyarbəkr bölgəsində öldürülən 8 yaşlı Narinlə bağlı iddialar gündəmin əsas mövzusu olaraq qlaır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 8 yaşlı Narin Güranın həbs olunmayan yeganə qardaşı Baran Güran təqsirləndirilən yaxınlarını müdafiə edib.
O, bölgənin köklü ailələrindən olduqlarını və ailələrinə böhtan atıldığını iddia edib.
Anası ilə qatil kimi həbsdə olan əmisinin gizli eşq yaşamaları haqda səsləndirilən iddialarla bağlı “Milliyet” qəzetinə danışan Baran bunun böhtan olduğunu deyib:
“Deyirlər ki, əmimlə anam arasında bir şey var və Narın buna görə öldürülüb. Qardaşım o günü 16.30-a qədər evdə idi, anam da əmimin arvadı ilə bir yerdə olub, belə bir vəziyyətdə anam nəsə edə bilərdi ki? Əgər belə bir şey olsaydı, özüm anamın qolundan tutub polisin önünə atardım...
İkincisi, əmim mənim babam kimidir, o, Narinə görə bizdən da çox narahat olub. Əsla belə böhtana inanmaq mümkün deyil...."
Narinin həbsdə olan qardaşı Enesə gəldikdə, Braan bildirib ki, 6 qardaş içində Narinə ən çox o, bağlı olub: "Evdə Narınə ən çox düşkün olan Enes idi. Enes Narin yoxa çıxdığı günü əsəbdən qolunu dişləmişdi, məsələ bu idi..."
Baran Güran daha sonra deyib ki, əgər ailəsi Narini öldürsəydi, nə polisə, nə mediaya məlumat verərdiilər: "Deyirlər ki, guya ailə öldürübb. Biz burada köklü ailəyik. Bu qızı öz aramızda öldürsəydik, kim bilərdi? Kimin ruhu eşidərdi? Kim deyə bilərdi, Narin haradadır? Əksinə, biz səsimizi qaldırdıq ki, Narin tapılsın. Biz hətta daha operativ əməliyyat olsun deyə jurnalistlərə, mediaya xəbər verdik..."
Xatırladaq ki, itkin düşəndən 19 gün sonra cəsədi çayda üzrərinə ağır daş qoyulmuş çuvalda tapılan Narin Güranın qətli ilə bağlı ata-anası, qardaşları, 8 əmisindən 7-si daxil, 23 nəfər saxlanılıb.
Firudin Səfərli
MİA.AZ