Türkiyə əsgəri Suriyada şəhid olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 11 sentyabr 2024-cü il tarixində “Zeytun Budağı” əməliyyatı bölgəsində çavuş Onur Çapan silahla ehtiyatsızlıq üzündən açılan atəşlə həlak olub: "Bizi dərin ağrı və hüznlə dolduran bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, mərhumun ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik”.
Zülfiyyə
MİA.AZ