Türkiyəni çalxalayan 8 yaşlı qızın ölümü Azərbaycanda da maraqla izlənilir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Narin Güranın ölümü ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Məlumkata görə, avqustun 21-də Narin itkin düşdüyü bildirilərkən məlum olub ki, saat 15.40-16.30 radələrində Sankitutmaz dərəsinə gedən cığırda qırmızı rəngli avtomobil 50 dəqiqə dayanıb: "Narin sonuncu dəfə avqustun 21-də saat 15.15-də evə gedərkən məktəbin təhlükəsizlik kamerasına düşüb. 19-cu gün məhəllə yaxınlığından keçən Gelentatmaz çayında 8 yaşlı Narinin daşla örtülmüş və kolların arasında gizlədilmiş çuvalda olan cansız cəsədi tapılıb. Araşdırma çərçivəsində jandarma qrupları Narinin cansız cəsədinin tapıldığı ərazidə və dərəyə gedən yolda olan bütün kamera qeydlərinə baxış keçirib. Saniyə-saniyə araşdırılan kamera görüntülərindən məlum olub ki, avqustun 21-də saat 15.40-16.30 radələrində Narin itkin düşərkən iftutmaz dərəsinə gedən yolda qırmızı rəngli avtomobil 50 dəqiqə dayanıb. Nömrəsi müəyyən olunduqdan sonra qırmızı rəngli avtomobilin sürücüsü gips ustası N.B. saxlanılıb. O, dindirilmə zamanı Narinin cansız cəsədini əmisinin ona necə təhvil verdiyini detallarına qədər danışıb".
Məlumata görə, Jandarma Baş Komandanlığı Narinin əmisinin cinayəti inkar etməsinə görə, onunla N.B arasındakı silinmiş "Whatsapp" danışıqlarını "Meta" şirkətindən istəyib: "Lakin şirkət bu tələbi rədd edib..."
Xatırladaq ki, Narnin ölümünə görə 23 şübhəlinin sorğuları davam edir.
Samir Musayev
MİA.AZ