"Avqustdan bəri Ukraynada 1000 kvadrat kilometr ərazi ələ keçirilib".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu iddialı açıqlamanı Rusiya Təhlükəsizlik Şurasının katibi, sabiq müdafiə naziri Sergey Şoyqu “Rossiya-24” telekanalına müsahibəsində deyib.
katibin sözlərinə görə, Rusiya ordusu Ukrayna cəbhəsində irəliləyir: "Ukraynalılar hər gün 28 kvadrat kilometr ərazi, hər gün 2 min əsgər itirirlər. Avqustun 8-dən bu yana ordumuz təxminən 1000 kvadrat kilometrə qədər ərazini azad edib".
Ukrayna ordusunun avqustun əvvəlində Rusiya ərazisinin Kursk bölgəsinə daxil olduğunu xatırladan Şoyqu bildirib ki, Kiyev bununla onların Donbasa hücumda diqqəti yayındırmaq istəyib: "Onlar bizim əsgərlərimizi geri çəkərək Kurska göndərəcəyimizi düşünürdü. Lakin bizim torpaqlarımızı qorumaq üçün kifayət qədər əsgərimiz və hərbi gücümüz var".
Rusiya və Ukrayna arasında danışıqlarla bağlkı suala cavab verən Şoyqu hazırda bunun mümkün olmadığını vurğulayıb: "Biz terrorçularla danışıq aparmamışıq, aparmırıq və aparmayacağıqə. Onlar terrorçudur. Kursk Atom Elektrik Stansiyasına hücum cəhdi nüvə terrorizmidir. Ukrayna əsgərləri Kursk AES-i ələ keçirmək istəyirdi. Ukrayna əsgərlərini öz ərazimizdən silib atmayanaq qədər, təbii ki, heç bir danışıqlar olmayacaq”.
Samir Musayev
MİA.AZ