Çin və Rusiya donanması və hərbi hava qüvvələri Qərbi Sakit okeanda Yapon dənizi (Şərq dənizi) və Oxot dənizində birgə hərbi təlimlərə başlayacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, “Şimal/Qarşılıqlı Fəaliyyət-2024” adlı təlimi Çin və Rusiya orduları arasında strateji koordinasiyanı dərinləşdirmək və xarici təhdidlərə birgə cavab vermək qabiliyyətini gücləndirmək” məqsədi daşıyır: "Çin və Rusiya donanmaları Sakit Okeanda birgə təlimi bitirəndən sonra Çin Rusiyanın “Okean-2024” strateji təliminə də qatılacaq".

Məlumatda təlimlərinn hansı tarixlərdə keçiriləcəyi ilə bağlı məlumat verilməyib.

Xatırladaq ki, son aylar Çin və Yaponiya arasında gərginlik artıb. Yaponiya tez-tez Pekini hava məkanı və ərazi sularının pozmaqda ittiham edir. 

Belə bir məqamda iki nəhəng ölkənin birgə təlimi diqqəti çəkməyə bilməz.

Samir Musayev

MİA.AZ