“Ukraynada münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyiş yoxdur”.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Almaniya kansleri Olaf Şolzun Ukrayna probleminin həlli üçün sülh planı hazırlanması haqda açıqlamasından xəbərdardırlar: "Lakin biz bu planın detallarını bilmrik. Bu planın təfərrüatları haqqında məlumatlara sahib deyilik. Əlbəttə, biz heç bir planı görmədən rədd etmirik. amma planın nə olduğunu görməliyik"

Peskov, əlavə edib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə sona çatması istiqamətində heç bir irəliləyiş yoxdur.

Lamiyə Əhmədli

MİA.AZ