"İranın Rusiyaya raket göndərməsi iddiası həqiqət deyil".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İranın Rusiyaya raket göndərməsi iddiası reallığa əsaslanmır: "Biz bu məlumatları gördük. Belə məlumatlar hər zaman faktlara əsaslanmır. Düzdür, İran mühüm tərəfdaşdır. Biz ticarət-iqtisadi əlaqələrimizi, əməkdaşlığımızı və dialoqumuzu mümkün olan bütün sahələrdə, o cümlədən ən həssas sahələr üzrə inkişaf etdiririk. Biz bunu xalqların maraqları naminə etməyə davam edəcəyik".
Lamiyə Əhmədli
MİA.AZ