Xəbər verdiyimiz kimi, ədliyyə nazirinə iki yeni müavin təyin edilib.
Məlumata görə, bununla əlaqədar daha əvvəlki müavinlər Azər Cəfərov və Vilayət Zahirov vəzifələrindən çıxarılıblar.
Bu barədə ölkə başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb(Qafqazinfo).
Xatırladaq ki, onlardan boşalan postlara Mübariz Əhmədov və Toğrul Hüseynov təyin edilib.
Qeyd edək ki, 70 yaşlı A.Cəfərov 12, 66 yaşlı V.Zahirov isə 20 ildir ki, nazir müavini idi.
Mia.az-ın əldə etfdiyi məlumata gərə, vəzifədən azad olunan nazir müavinlərinə digər sahələrdə vəzifə verilməyib.
MİA.AZ