İraq və ABŞ arasında Amerika əsgərlərinin ölkədən çıxarılması ilə bağlı danışıqlar uğurla başa çatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, tərəflərn anlaşmasına görə, iki il ərzində Amerika qoşunları İraqdan tamamilə çıxarılacaq.

İraqın müdafiə naziri Sabit Abbasi bu xəbəri təsdiqləyib.

O, "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində artıq razılaşmanın əldə olunğunu deyib: "Bəli, 2 il içində ABŞ əsgərlərinin İraqdan çəkiləcək. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin geri çəkilmə mərhələsi bu il başlayacaq və ilk mərhələ 2025-ci ilə qədər davam edəcək. İkinci mərhələ isə 2026-cı ildə yekunlaşacaq".

Abbasi qeyd edib ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin iki illik müddətin geri çəkilmək üçün kifayət etmədiyinə israr edərək əlavə bir il də avxt istəyib: "Lakin Bağdad bu müddəti 2 ildən çox uzatmaqdan imtina edib".

 İraqın müdafiə naziri Abbasi əlavə edib ki, Vaşinqtonla geri çəkilmə sazişi yaxın günlərdə imzalanacaq.

Lamiyə Əhmədli

MİA.AZ