İstanbulun Küçükçekmece rayonunun Mehmet Akif Məhəlləsində bir dərnəkdə təşkil edilən tədbirə qatılan "Cübbeli Ahmet Hoca" kimi tanınan Ahmet Mahmut Ünlü mərasimində qəfil hücuma məruz qalıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, A.A adlı şəxs ona yaxınlaşaraq qəfil boğazından sıxaraq yumruq zərbələri endirməyə başlayıb.
Məlumata və yayyılan videoya görə, pıolsin operativ müdaxiləsi ilə hücum çəkən şəxcs saxlanılıb.
Hadisədən sonra CNN Türk-ə açıqlama verən Ahmet Mahmut Ünlü 10 ildən çoxdur İŞİD-in hədəfində olduğunu iddia edib: "Biz burada İŞİD-in hədəfiyik”.
O bildirib ki, İŞİD sonuncu dəfə onu 2 ay əvvəl yenə ölümlə təhdid edib: "Bu gün polisdənmənə ayrılan mühafizəyə də tədbirli olmaq haqda tapşırıq gəmişdi..."
"Cübbeli Hoca" deyib ki, hücum zamanı boğaz nahiyəsi və əlindən zədə alıb...
Firudin Səfərli
MİA.AZ