Türkiyədə bir neçə il əvvəl Tovuzda 11 yaşlı "Nərmin işi"nə bənzər sensasiyalı hadisə baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezident Ərdoğanın şəxsi nəzarəti altında aparılan 19 günlük əməliyyat-istintaq tədbirlərindən sonra 8 yaşlı Narin Güranın cəsədi Diyarbəkirdə çayda çuvalda suyun altına basdırılımış halda tapılıb.
Məlumata görə, meyitin tapılmasından dərhal sonra azyaşlının ata-anası, iki qardaşı, əmisi , onun arvadı daxil 23 nəfərin həsbinə qərar verilib.
Məlumata görə, ilkin ekspertizaya əsasən, Narinin boynunda boğma izi var: "Bundan başqa, 15 gündür onun suda qalması, ayağının sınması müəyyən edilib".
Hadisə ilə bağlı məlumat verən Diyarbəkir valisi Zorluoğlu bildirib ki, 8 yaşl qız öldürüldükdən sonra çuvalın içinə salınaraq çay kənarına gətirilib: "O, burada çuvalda suya batırılıb. Üzəri isə ağac budaqları və çay daşları ilə örtülüb, yəni, hadisə yerinə şübhə doğurmayacaq təbii görünüş verilib".
Vali bildirib ki, həmin ərazi 6 dəfə aranıb: "Lakin cəsəd çox peşəkarcasına gizlədildiyindən tapılmayıb".
Türkiyə mətbuatı isə yazır ki, meyit suda və çuvalda saxlanıldığından cəsəd təbiliyini qoruyub.
Xatırladaq ki, hadisədən bir neçə gün sonra Narinin 18 yaşlı qardaşı qolundakı dişlək yerinə görə saxlanılsa da, o, bir gün sonra buraxılıb. Lakin kənddə muxtar olan əmisi saxlanılıb və sonradan haqqında həbs tədbiri seçilib. Lakin onun saxlanılmasının azyaşlının ölümü ilə birbaşa bağlığı haqda informasiya verilməyib.
Narinin cəsədinin taplmasından sonra tutulanlar arasında həmin muxtarın arvadı da var.
Lmaiyə Əhmədli
MİA.AZ