Bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
Mia.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 27 ailədən ibarət 91 nəfər Bakı şəhərinin Qaradağ rayonundan yola düşüblər.
Qeyd edək ki, yola salınan ailıələrin hər birinə yeni mənzil verilib.