"Abzas Media" işi çərçivəsində həbs edilən Nərgiz Absalamova və Məhəmməd Kekalov barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Mia.az "Report"a istinadla xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

Qərara əsasən, onların həbs müddəti daha üç ay uzadılıb.

Qeyd edək ki, N.Absalamova və M.Kekalov ötən il Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs olunublar.

***

“Abzas media”nın baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb.

Qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha üç ay uzadılıb.

Qeyd edək ki, S.Vaqifqızı ötən ilin noyabrında Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinərək həbs olunub.

***

"Abzas Media" işi çərçivəsində həbs edilən Hafiz Babalı və Ülvi Həsənli barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, onların həbs müddəti daha üç ay uzadılıb.

Xatırladaq ki, H.Babalı və Ü.Həsənli ötən il saxlanılıb. Daha sonra barələrində həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra "Abzas Media"nın əməkdaşlarına qarşı yeni ittihamlar irəli sürülüb.

***

“Abzas Media” işi üzrə saxlanılan Elnarə Qasımova və Fərid Mehralızadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verib.

Mia.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində qərar qəbul edilib.

Qərara əsasən, hər iki şəxs barəsində həbs müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra "Abzas Media"nın daha bir neçə əməkdaşı həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib(Report).