ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratlar Partiyasının namizədi və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə İsrailin yox olacağını iddia edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Yəhudi Koalisiyasının Nevada ştatının Las-Veqas şəhərində keçirilən illik toplantısında çıxışında söz açıb.

Çıxışında noyabrda keçiriləcək prezident seçkilərinə böyük yer ayıran Tramp yəhudilərdən səs və dəstək istəyib.

O, hətta yəhudi lobbisini qorxutmağa da çalışıb: "Baxın, əgər "Demokrat"ların namizədi Kamala Harris prezident olsa, İsrail artıq mövcud olmayacaq. Bəli, onlar qalib gəlsələr, İsrail yox olacaq. Mən hələ də "Demokrat"lara dəstək verən yəhidi lobbisini anlaya bilmirəm, Siz mənə dəsətk olmalısınız. Demokratlara səs verən yəhudi amerikalıların beyninin içini yoxlanılması lazımdır...”.

Tramp daha sonra Qəzzadakı savaşa toxunub. O iddia edib ki, əgər prezident postunda olsaydı, HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi hücumlar baş verməyəcəkdi.

Kamala Harrisin Seçki Qərargahından Trampın yəhudilərə xitabı ilə çıxışına operativ reaksiya gəlib: "Tramp oradakı çıxışı ilə ölkəmizdəki yəhudi əsilli  amerikalıları açıq-aşkar təhqir edib. O, hər zamankı kiimi şəxsi maraqlarına uyğun davranıb. Halbuki, hər kəs bilir ki, Tramp şəxsi maraqlarına uyğunn olmasa, hər an İsraildən üz döndərəcək biridir".

Lamiyə Əhmədli

MİA.AZ