Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nı təsdiq edib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, Qaydalar ölkədə dəmiryol nəqliyyatı ilə yüklərin daşınmasının təşkilinə və yerinə yetirilməsinə dair tələbləri müəyyən edir, habelə yükgöndərənlə (yükalanla) daşıyıcı arasında yaranan qarşılıqlı münasibətləri tənzimləyir.
Qaydalara əsasən, dövlət sirrini təşkil edən məlumatların olduğu sifarişlər istisna olmaqla, dəmiryol nəqliyyatı ilə yük daşınmasının həyata keçirilməsi üçün yükgöndərən daşıyıcının internet informasiya ehtiyatı üzərindən daşıyıcıya yükdaşıma sifarişi təqdim edəcək.