Növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

Mia.az xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Onlara yeni mənzillərinn açarları təqdim olunub.

***

Bu gün Şuşa şəhərinə növbəti köçürülmə olub.

Mia.az xəbər verir ki, 30 ailədən ibarət 102 nəfər bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Onların hamısına dövlət tərəfindən yeni mənzillər verilib.

Xatırladaq ki, indiyədək Şuşaya 177 ailədən ibarət 672 nəfərin qayıdışı təmin olunub.

MİA.AZ