Amerikalı senator HƏMAS-ın yeni liderini ölümlə hədələyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da Respublikaçılar Partiyasının üzvü olan senator Lindsey Grahambu barədə Amerikanın "Fox News" telekanalına müsahibəsində danışıb.
Senator bildirib ki, Respublikaçılar Partiyası noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gəlsə, HƏMAS-ın yeni siyasi lideri Yahya Sinvarı mühakimə etməyəcək: "Bəli, ABŞ Ədliyyə Nazirliyinin HƏMAS-ın 6 liderinə 7 fərqli cinayət üzrə qarşı iddianamə hazırlandığınıni bilirik. Ancaq biz burada cinayətlə mübarizə aparmırıq. Sinvarın burada mühakimə olunmağın vecinə deyil. Buradan ona səslənirəm, günləriniz sayılıdır, dostum səni mühakimə etməyəcəyik, səni öldürəcəyik".
Cənubi Karolinadan senator olan Grahambu ABŞ-ın keçmiş prezidenti Donald Trampın Yaxın Şərq siyasətini tərifləyib. O deyib ki, ABŞ-ın hazırkı rıəhbərliyinin yarıtmaz siyasəti nəticəsində Amerikanın dünyadakı çəkindirici gücü itib: "Unutmayın ki, məhz Tramp prezident olduğu dövrdə ölkəmiz İranı iqtisadi blokadaya aldı, səxdə, əl-qolunu bağladı. Hətta İraqdakı amerikalıları öldürmək istəyən iranlı general Qasım Süleymanini məhv etdi. Ancaq indikilər neyləyir? ABŞ administrasiyası hətta husilərin Qırmızı dənizdəki gəmiləri vurmasının qarşısını ala bilmir...".
Samir Musayev
MİA.AZ