Rusiya Ukraynanın Poltava şəhərinə ağır zərbələr endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 51 nəfər ölüb, 271 nəfər isə yaralanıb.
Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski açıqlama verib.
O, Rusiya ordusunun Poltavaya raket hücumunda ölənlərin sayının 51-ə, yaralıların sayının isə 271-ə yüksəldiyini təsdiqləyib: "Hazırda dağıtılar altında axtarış-xilasetmə işləri davam edir...".
Ölkə prezident bildirib ki, Rusiya ordusu ballistik raketlərlə şəhərəi bombalayıb: "Hücum nəticəsində bir institut qismən dağılıb, yanındakı xəstəxana da zərər görüb".
Lamiyə Əhmədli
MİA.AZ