Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Ankaraya gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Sisiyi Esenboğa hava limanında qarşılayıb.

Məlumata görə, səfər çərçivəsində  bəzi sənədlərin imzalanması gündəmdədir.

***

Bu gün Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Ərdoğanın dəvəti ilə ilk dəfə Ankaraya gələcək. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sisi 2013-cü ildə çevrilişlə Məhəmməd Mursini devirərək hakimiyyəti ələ keçirdikdən sonra Misirlə Türkiyə arasında münasibətlər kəsilmişdi.

O vaxtdan başlayaraq Ərdoğan bir neçə il Sisini sərt formada tənqid edib. Nəhayət, ötən ildən iki ölkə arasında münasibətlər qaydaya düşüb və Ərdoğan Qahirəyə rəsmi səfər edib.

Məlumata görə, həmin səfər zamanı imzalanan strateji mütəffiqliklə bağlı saziş əsasında bu gün Misir lideri Ankaraya gələcək.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi səfərlə bağlı xüsusi açıqlama yayıb.

Həmin açıqlamanı aşağıda olduğu kimi təqdim edirik:

Firudin Səfərli

MİA.AZ