Türkiyənin İzmir şəhərində küçədə reportajda verdiyi açqlmaya görə 18 günlük həbsdən ev dustaqlığına buraxılan Dilruba Kayserilioğlu bu gün hakim qarşısına çıxarılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "ictimaiyyətin bir hissəsində nifrət və düşmənçiliyə sövq etmək" və "Prezidenti təhqir etmək" ittihamı ilə mühakimə olunub.

Məhkəmədə prokuror onun 4,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Lakin hakim Kayserilioğlu haqqında 7 ay 15 gün həbs cəzası çıxaırb.

Lakin məhkəmə bir daha oxşar cinayət törətməyənə qədər cəzanı təxirə salıb.

Firudin Səfərli

MİA.AZ