Küveytin ərazi sularında İrana məxsus yük gəmisi batıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın yarı rəsmi Mehr Xəbər Agentliyi məlumat yayıb.

Limanlar və Dənizçilik Təşkilatının Dəniz Təhlükəsizliyi və Mühafizəsi üzrə baş direktoru Nasir Pesende İranın “Ara Bəhter Yek” adlı yük gəmisinin Küveytin ərazi sularında batdığını təsdiqləyib: "Hadisə sentyabrın 1-də baş verib. Gəmidə İran və Hindistan vətəndaşlarındna ibarət olan 6 ekipaj üzvündən 3-nün cəsədinin tapılıb, digər 3 nəfərin axtarış-xilasetmə işləri davam edir"

Tahir Şəlvəli

MİA.AZ