Bu gün İraqın şimalında Hakurk və Pəmvə-KKilid əməliyyatı bölgələrində Türkiyə ordusu növbəti uğurlu əməliyyatlar keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, əməliyyatlarla daha 6 PKK terrorçusu zərərsizləşdirilib: "Terrorçu hardadırsa, hədəfimiz də ordadır. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında aşkarladıqları 6 PKK terrorçusunu zərərsizləşdirib".

Tahir Şəlvəli

MİA.AZ