Türkiyə kəşfiyyatı (MİT)ə Türkiyədə İsrail kəşfiyyatı - MOSSAD-ın pul şəbəkəsinə qarşı sensasiyalı əməliyyat keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Polis İdarəsi ilə birgə keçirilən əməliyyatla Liridon Rexhepin MOSSAD-ın Türkiyədəki pul şəbəkəsini idarə edən şəxs olduğu müəyyən olunub:
"Rexhepi İsrail Kəşfiyyat Xidmətinin göstərişi ilə Türkiyədə pilotsuz uçan aparatlarla görüntülər çəkən, fələstinli siyasətçilərə qarşı psixoloji əməliyyatlar həyata keçirən və Suriya sahəsində məlumatlar toplayan şəxslərə pul köçürüb. Milli Kəşfiyyat Təşkilatının (MİT) araşdırmaları ilə Liridon Rexhepinin maliyyə hesablarında aktivlik üzə çıxıb. Rexhepinin "Western Union" vasitəsilə Türkiyədəki sahə personalına çoxlu pul köçürmələri etdiyi müəyyən edilib".
Bildirilib ki, Liridon Rexhep 25 avqust 2024-cü il tarixində Türkiyəyə daxil olduğu andan addım-addım izlənilməyə başlanıb və onun fəaliyyəti qeydə alınıb: "Bu mərhələdən sonra İstanbul Polis ilə koordinasiya qurulub. Rexhepi avqustun 30-da İstanbul Polisi tərəfindən saxlanılıb. Polisə verdiyi ifadəsində pul köçürmələri etdiyini etiraf edən Liridon Rexhep haqqında həbs qətmkan tədbiri seçilib".
Məlumata görə, Milli İstihbarat Təşkilatının həyata keçirdiyi əməliyyatlar nəticəsində MOSSAD-ın Türkiyədəki "səhra personalı"na Kosovo başda olmaqla, Şərqi Avropa ölkələrindən pul köçürdüyü də müəyyən edilib: "Türkiyədəki sahə personalının MOSSAD-dan aldıqları pulları Suriyada da istifadə etdikləri üzə çıxıb. Pul təqibi nəticəsində Türkiyədəki "sahə personalı"nın Kosovodan gələn pulları "Western Union" vasitəsilə Suriyadakı "alt mənbələri"nə köçürdüyü müəyyənləşib".
Firudin Səfərli
MİA.AZ