"Ukrayna ordusunun avqust ayında Rusiyanın Kursk bölgəsinə qarşı başladığı əməliyyat planlandığı formada davam edir. Bu, Rusiya ordusunun Donetsk bölgəsində irəliləməsinin qarşısını almaq üçün çox vacibdir".
Mia.az xarici mətuata istinadla xəbər verir ki, bu sözləri Ukryana prezidenti Vladimor Zelenski Niderlandın baş naziri Dik Şof ilə Zaporojya şəhərinə səfərində deyib.
Zelenski burada Baş nazirlə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Sumı, Xarkov və Kiyev vilayətlərinə hava hücumlarını tez-tez təkrarlayır: "Rusiyanın hücumlarının qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri gücləndirilməlidir. Eyni zamanda, F-16 döyüş təyyarələri ilə yanaşı, digər təyinatlı silahlar daha tez Ukraynaya təıdarük olunmalıdır. Bu barədə cənab Baş anzirə ətraflı informasiya vermişəm".
Zelenski bir daha Qərb ölkələrindən Rusiyadakı hərbi hədəflərə qarşı uzaqmənzilli silahların istifadəsinə qoyulan qadağaların götürülməsini tələb edib: "Bu, bizə Rusiyanı daha güclü dayandırmaq imkanı verəcək".
Samir Musayev
MİA.AZ