Türkiyədə Prezident Ərdoğanın qatıldığı Hərbi Akademiyanın buraxılış mərasimində bir qrup leytenant rütbəli yeni məzunun “Biz Mustafa Kamalın əsgərləriyik” şüarını səsləndirməsi siyasi düşərgədə yeni müzakirə yaradıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu şüarı səsləndirn hərbçilər haqqında cinayət işi açılıb.
Milli Müdafiə Nazirliyi yayılan xəbərə oöerativ reakisya verib. Bildirilib ki, yayılan xəbər doğru deyil: "Avqustun 30-31-də Hərbi Akademiyanın buraxılış mərasimləri keçirilib və məzun olan leytenantların leytenantların məktəbə çağırılması və barələrində istintaq başlanması ilə bağlı iddialar həqiqətə uyğun deyil".
Firudin Səfərli
MİA.AZ