Rusiya ordusu bu gün Ukraynanın Xarkov şəhərinə uzaqmənzilli raketlərlə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, zərbələrdən biri 12 mərtəbəli yaşayış binasına tuş gəlib.

Nəticədə biri uşaq olmaqla, 5 nəfər ölüb, 40 nəfər yaralanıb

Ukrayna prezidenti Vladimir Zelenski bu hücumdan sonra yenidən Qərb liderlərinə müraciət edib. O, Qərb silahlarının Rusiya ərazisində istifadəsinə icazə verməyə çağırıb: "Biz bu terroru dayandırmaq üçün tərəfdaşlarımızla güclü qərarlar qəbul etməliyik. Bu, tamamilə ədalətli ehtiyacdır. Ukraynanın müdafiəsini məhdudlaşdırmaq üçün heç bir məntiqi əsas yoxdur".

Samir Musayev

MİA.AZ