Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsi həbs edilib.
Məlumata görə, "Bakı Korpusu"nun yanacaq xidmətinin rəisi, polkovnik Rüstəm Məmmədli Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilib.
O mənimsəmədə və rüşvətalma da təqsirləndirilib. Belə ki, onun korpusun texnikaları üçün nəzərdə tutulan yanacağı sataraq gəlir əldə edərək məniməsəməkdə ittiham olunur. İş üzrə zərərin 100 min manatdan çox olduğu qeyd edilir.
Polkovnik barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib(Report).