Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən dedi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir.

Bu günlərdə Ermənistanın ədliyyə naziri Grigor Minasyan dedi ki, Ermənistan konstitusiyası 2027-ci ilin yanvarına qədər dəyişdiriləcəyi gözlənilir. Ermənilər onu da deyirlər ki, konstitusiyanı dəyişib-dəyişməmək Ermənistanın daxili işidir. Ermənistanın Azərbaycanın təzyiqi ilə konstitusiya dəyişikliyinə getmək olmaz. 
Bu gün isə ermənilər ortaya yeni iddia atıblar.

Siyasi analitik Vahram Atanesyan buyurub ki, Azərbaycan konstitusiyasına görə müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu isə o deməkdir ki, Sünik də daxil olmaqla Ermənistanın xeyli ərazisi Azərbaycana birləşməlidir. Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə Paris Sülh Konfransında təqdim etdiyi xəritədə bu ölkənin ərazisi 104.000 kv.km göstərilib. 

Müstafası o ki, indi ermənilər deyir ki, Azərbaycan Konstitusiyasını dəyişsin, biz də dəyişək. Yenə cığallıq edirlər...

Elbəyi Həsənli. Sürix 

MİA.AZ