Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni Zəfər bayramı münasibətilə təbrik edib.
Mia.az xəbər verir ki, bu barədə XİN-in paylaşımında deyilir: "Qardaş Türkiyənin İstiqlal müharibəsinin həlledici qələbəsini, türk xalqının qətiyyəti və iradəsini simvolizə edən 30 avqust - Zəfər bayramı münasibətilə Türkiyə dövləti və xalqını ürəkdən təbrik edir, qardaşlıq və müttəfiqlik telləri ilə bağlı olduğumuz Türkiyəyə daim yeni zəfərlər arzu edirik. 30 avqust Zəfər bayramın mübarək, Türkiyə!".