İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindən geri çəkilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin mediası məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələrinin 22 gündən sonra geri çəkildiyi Xan Yunusda dağıntılar arasında 10 fələstinlinin çürümüş cəsədi tapılıb: "Hazırda şəhərədki son dağıntılar altında axtarış-xilasetmə işləri aparılır. Güman edilir ki, dağıntılar altında çoxlu meyitlər var. Küçə və dağmtılar arasında tapılan 10 cəsədin bir çoxu çürüyüb, bəzilərini isə itlərlər parçalayıb...".
Xatırladaq ki, avqustun 8-də İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində bir çox küçəni əhatə bölgəsinin sakinlərinə müraciət edərək oranın boşaldılmasını tələb edib. Bu müraciətdən saatlar sonra isə bölgəyə qoşun yeridilib...
Tahir Şəlvəli
MİA.AZ