Ukraynan ordusu və ABŞ tərəfi avqustun 26-da Rusiya ilə savaşda Qərbin verdiyi F-16 döyüş təyyarəsinin vurulduğunu təsdiqləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmisi "Wall Street Journal" açıqlama verib.
ABŞ rəsmisinin açıqlamasından sonra Ukrayna Baş qərargahı "Teleqram"dakı səhifəsində Rusiyanın 26 avqustda F-16 təyyarələrindən birinin düşdüyü bəyan edib: "Rusiyanın çoxsaylı raket hücumlarının qarşısının alınmasında və ruslarla hava döyüşü zamanı F-16 təyyarələri yüksək səmərəlilik göstərib. Dörd uzaqmənzilli raketi F-16-lar zərərsizləşdirdi. Lakin əməliyyat zamanı F-16-lardan bir qəzaya uğrayıb, pilot həlak olub. Hazırda qəzanın səbəbini araşdırmmaq üçün komissiya yaradılıb..."
Rusiya mediası isə F-16-nın vurulduğunu yazır.
Lamiyə Əhmədli
MİA.AZ