"Kurskdakı hücumdan sonra Ukrayna ilə danışıqlar artıq mümkün deyil".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu açıq xəbərdarlığı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Rusiyaya səfər edən Seneqalın xarici işlər naziri Yassine Fall ilə mətbuat konfransında deyib.
Lavrov Sahara və Sahel bölgəsindəki vəziyyətə toxunaraq bildirib ki, Rusiya burada artan terror təhlükəsindən narahatdır.
İŞİD və "Əl-Qaidə" kimi terror təşkilatlarının Qərbi Afrika ölkələrinə, o cümlədən Seneqala təsirlərinin getdikcə artırdığını qeyd edən Lavrovun sözlərinə görə, terrorla mübarizə gücləndirilməlidir: "Rusiya müdafiə sahəsində Seneqala və digər Afrika ölkələrinə dəstək verməyə hazırdır".
Rusiya ilə Ukrayna arasında danışıqların yenidən başlaması ehtimalı barədə suala cavabda isə rusiya XİN başçısı bunun artıq mümkünsüz hala gəldiyini deyib: "Ukrayna əsgərləri Kursk bölgəsinə hücum etməklə, bu fürsəti qaçırıblar...".
Qərbin Ukraynaya getdikcə daha müasir silahlar göndərdiyini xatırladan Lavrovun sözlərinə görə, bu, ciddi məsələdir: "Biz buna çox ciddi yanaşır və izləyirik..."
Firudin Səfərli
MİA.AZ