ABŞ Ordu Komandanlığı minlərlə “Kamikadze dron” sifariş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məqsəddlə Pentaqon “Kamikadze dronları” kimi məşhurlaşan “Switchblade” seriyalı mobil sursatların tədarükü üçün təxminən 1 milyard dollar dəyərində müqavilə imzalayıb.
ABŞ Müdafiə Nazirliyinin bəyanatına görə, "AeroVironment Inc. (AV)" şirkəti ilə imzalanan yeni müqavilə piyada qoşunlarına düşmən tanklarını, yüngül zirehli texnikalarını, sığınacaqlardakı hədəfləri və piyada arxasında gizlənən düşməni uzaqdan məhv etmək imkanı və bacarığını təmin etmək məqsədi daşıyır.
Tenderin 26 avqust 2029-cu ildə başa çatdırılması gözlənilir.
Zülfiyyə
MİA.AZ