Bu gün Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini yenidən atəşə tutub.
Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub: "Qeyd olunan istiqamətdə Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb".