İsrailin İordan çayının qərb sahilində başlatdığı genişmiqyaslı əməliyyat Səudiyyə Ərəbistanına səfər edən Fələstin lideri Mahmud Abbasın qrafikini pozub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Səudiyyə Ərəbistanına səfərini yarımçıq qoyaraq Ramallaha qayıtmağa məcbur qalıb.
Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatına əsasən, Abbas Səudiyyə Ərəbistanına çərşənbə axşamı başlayan səfəri çərçivəsində vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşüb: "Lakin İsrailin səhər saatlarında işğal altındakı İordan çayının qərb sahilinə başlatdığı genişmiqyaslı hücumdan sonra Mahmud Abbasın Səudiyyə Ərəbistanına səfərini yarımçıq kəsərək geri dönməyə məcbur qalıb...".
Xatırladaq ki, İsrail ordusunun İordan çayının qərb sahilində başlatdığı bu günki hücumda ən azı 9 nəfər ölüb.
Ordu, həmçinin İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhəri yaxınlığında yerləşən Əl-Fəriyyə Qaçqınlar Düşərgəsi, Qalqilya şəhəri və bəzi digər şəhərlərə basqın edib.
Firudin Səfərli
MİA.AZ