Rusiya Federal Milli Qvardiya Xidməti ("Rosqvardiya") Ukrayna ordusunun atdığını idda elədiyi ABŞ istehsalı kaset bombasının Kursk Atom Elektrik Stansiyasının yaxınlığında məhv edildiyini bəyan edib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, "Rosqvardiya"nın açıqlamasına əsasən, Kursk AES-dən 5 kilometr aralıda Ukrayna ordusuna aid partlamamış kaset bombası aşkarlanıb: "Bombanın ABŞ istehsalı olan HIMARS sistemindən atıldığını müəyyən olunub. Və bundan sonra "Rosqvardiya" hərbçilərinin nəzarəti altında bomba məhv edilib".

Xatırladaq ki, avqustun 6-da Ukrayna ordusu Rusiyanın Kursk vilayətində qəfil hücum edəərk, o vaxtdan 100-dək yaşayış məntəqəsini ələ keçirib.

Zülfiyyə

MİA.AZ