İqtisadiyyat nazirinin müavinlərinin sayı azaldılıb.

Mia.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri seçilən Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsindən ayrılıb.

Beləliklə, iqtisadiyyat naziri Mikayıl Cabbarovun müavinlərinin sayı 5-ə düşüb(Qafqazinfo).

Hazırda Mikayıl Cabbarovun birinci müavini Elnur Əliyev, digər 4 müavini isə Rövnəq Abdullayev, Sahib Ələkbərov, Səməd Bəşirli və Anar Axundovdur.

Qeyd edək ki, Sahib Məmmədov 2004–cü ildən İqtisadi İnkişaf Nazirliyində çalışıb. O, 2021-ci ilin dekabrından nazir müavini postunu tuturdu.